SON XƏBƏRLƏR

Bu gün Ərdoğan, Obama və Sərkisyan arasında üçtərəfli görüş olacaq

2021.10.20, 07:36
Bu gün Ərdoğan, Obama və Sərkisyan arasında üçtərəfli görüş olacaq

Gunaz.tv

Bu gün Ərdoğan, Obama və Sərkisyan arasında görüş olacaq

 

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sərkisyan Nüvə təhlükəsizliyi ilə bağlı sammitdə iştirak etmək üçün ABŞ-a (Amerika Birləşmiş Ştatları) gediblər.

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Barak Obama və Ermənistan prezidenti Serj Sarkisyan arasında bu gün Vaşinqtonda keçiriləcək üçtərəfli görüş Azərbaycan üçün xeyirli olacaq.Bu sözləri APA-ya eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Səfir bu görüşə yaxşı tərəfdən baxmağın tərəfdarı olduğunu bildirib: “Bu görüşün problemləri birbaşa həll edəcəyini gözləməsək də, prosesə öz töhfəsini verəcək”. Türkiyə baş nazirinin xüsusi elçisi Firidun Sinirlioğlunun Ermənistan və Azərbaycana səfərinə toxunan diplomat bu səfərin çox uğurlu alındığını vurğulayıb. H. Kılıç bu səfərlə bu gün ABŞ-da keçiriləcək üçtərəfli görüş arasında bağlılığın olduğunu da deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar