SON XƏBƏRLƏR

Urmu Gölünün qurudulma prosesi dəvam edir

2021.10.20, 07:36
Urmu Gölünün qurudulma prosesi dəvam edir

Gunaz.tv

Urmu Gölünün qurudulma prosesi dəvam edir

 

GünAzTv: Urmu Gölünün qurudulması ilə bağlı son addımlarda atılmaqdadır. Yaxın gələcəkdə “Venyar” bəndi (sədd-baraj) işə düşəcək.

 

Urmu gölünün quruma təhlükəsi artıq bütün dünya tərəfindən duyulur. Onun səthi 14 il müddətində 6.5 metr aşağı düşüb. Ancaq bütün bunlara baxmayaraq İran rejimi Gölü nicat vermək yerinə Gölü qurudan səbəbləri gücləndirməkdədir. Bu zəmində Şərqi Azərbaycan Vilayətinin məsul rəsmiləri yeni Bəndin istifadəyə veriləcəyindən xəbər verirlər. yeni bənd Gölə tökülən suların cərəyanı istiqamətində düzəlib. Buda Gölün quruması prosesini  sürətləndirəcək.

 

GünAzTv mətbuat mərkəzinin BTN-ə istinadən yaydığı məlumata görə, Acı Çay su layihəsinin icraçısı bəyan edib ki, sözü gedən layihə üçün kifayət qədər vəsait nəzərdə tutulub, işin 90 faizi isə hazırdır. Artıq Bənd bir neçə ay sonra istifadəyə veriləcək.

 

Əli Mülki bildirib ki, Bənd 300 milyon kub (metre mükəəb) su üçün tənzimlənib. Həmçinin bəndin tam yararlı həcmi 280 milyon kub sudan ibarət olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar