SON XƏBƏRLƏR

İranın Hərbi komandiri: hücum ideyasını dəstəkləyən ölkələr, İranın düşmənidir

2021.10.20, 07:36
İranın Hərbi komandiri: hücum ideyasını dəstəkləyən ölkələr, İranın düşmənidir

Gunaz.tv

İranın Hərbi komandiri: hücum ideyasını dəstəkləyən ölkələr, İranın  düşmənidir

 

GünAzTv: İranın Piyada Qoşunlarının komandiri Əhmədrza Purdəstan bildirib ki, İran ona hücum etməyi qərara alan ölkələrə cavab zərbəsi vuracaq və bu hücumu dəstəkləyən ölkələri dövlətin düşməni elan edəcək. Bu barədə - Fars İnformasiya Agentliyi xəbər yayıb.

 

Hərbi komandir əlavə edib ki, İran İslam Respublikası Amerika qoşunlarının Əfqanıstanda olmasına bir təhlükə kimi baxır və hazırda İran mümkün hücuma qarşı önləyici tədbirlər görür.

 

O bildirib ki, "Düşmənlərimizin mümkün hücumuna qarşı taktikamız - müdafiə gücünün artırılması üçün bir müharibədir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar