SON XƏBƏRLƏR

İranda 2 nəfər həbsxanadan qaçırılıb

2021.10.20, 07:36
İranda 2 nəfər həbsxanadan qaçırılıb

Gunaz.tv

İranda 2 nəfər həbsxanadan qaçırılıb

GünAzTv: İranın İraqla sərhəd yaxınlığında yerləşən İlam şəhərində ən böyük həbsxanasında baş vermiş partlayış nəticəsində iki məhbus qaça bilib. Bu barədə APA "Amerikanın səsi"-nə istinadən xəbər yayıb.

ölkənin qərbində hücumçuların həbsxanaya qumbara atması nəticəsində 19 nəfər yaralanıb. Yarı rəsmi Fars xəbər agentliyi hadisənin məhbuslarla görüş saatı zamanı baş verdiyi haqda məlumat verib.

 

"Mehr" xəbər agentliyinin verdiyi məlumata görə isə, həbsxanadan qaçmış məhbuslardan biri asılmaqla ölüm cəzasına məhkum edilmiş qatildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar