SON XƏBƏRLƏR

Qoşaçayda 60 yaşlı Azərbaycanlı Ana azadlığa buraxılıb

2021.10.20, 07:36
Qoşaçayda 60 yaşlı Azərbaycanlı Ana azadlığa buraxılıb

Gunaz.tv

60 yaşlı Azərbaycanlı Ana azadlığa buraxılıb

 

GünAzTv: Keçən günlərdə ETTELAAT  (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılan Azərbaycanlı Ana, mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

GünAzTv mətbuat mərkəzinin GAİP saytına istinadən yaydığı məlumata görə, Aprel ayının 7-də (fərvərdinin 18-i) Qoşaçayın ETTELAAT İdarəsinə çağrılan Əşrəf Azərmir Şotorbani 3 gün saxlanılıb,  sorğu-suala tutulduqdan sonra azad edilib.

 

Azərmir xanımın ailəsinə yaxın mənbələr bildirir ki, ETTELAAT əməkdaşları adını çəkdiyimiz xanımı yalan etiraflara məcbur etməyə çalışıblar.

Xatlırladaq ki, adını çəkdiyimiz  xanım 2006-ci il 22 may hadisələrində (xordad hadisələri) bir fəal şəxs kimi öz etirazını bildirib. O hadisələr zamanı yaxalanıb bir neçə gün sonra azxadlığa buraxılsada dəfələrlə ETTELAAT tərəfindən təhdidə məruz qalıb.

 

Azərmir xanım Qoşaçaylı mədəni fəallar arasında xüsusi hörmətə malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar