SON XƏBƏRLƏR

Zindanda Aclıq Aksiyası edən 3 milli-mədəni fəalın səhhəti pisləşib

2021.10.20, 07:36
Zindanda Aclıq Aksiyası edən 3 milli-mədəni fəalın səhhəti pisləşib

Gunaz.tv

 Zindanda Aclıq Aksiyası edən 3 milli-mədəni fəalın səhhəti pisləşib

 

GünAzTv: Aclıq Aksiyası (etesabe ğəza) edən Azərbaycanlı Jurnalist Rəhim Qulami və milli-mədəni fəallar Behruz Əlizadə və Vədud Səadətinin səhhəti pisləşib.

 

GünAzTv mətbuat mərkəzinin “Savalan səsi”-nə istinadən yaydığı məlumata görə, 2010-cu il aprel ayının 1-də (fərvərdinin 12-i) Aclıq Aksiyasına başlayan soydaşlarımız, artıq11 gündür ki aksiyaya dəvam edirlər. bu müddətdə onların səhhətində problemlər yaranıb.

 

Ərdəbil zindanından etibarlı mənbələr bildirib ki, adını çəkdiyimiz məhbusların qan təzyiqi aşağı düşüb. Ayrıca Behruz Əlizadə ürəkçırpıntısı və başgicəllənməsinə düçar olub.

Həmin mənbələrə əsasən 3 məhbus təknəfərlik kameralara (sellul) köçürülüb.

 

Qeyd edək ki, aprel ayının 8-də (fərvərdinin 19-u) Ərdəbil Vilayətinin baş prokuroru zindanda olub. O məhbuslardan Aclıq Aksiyasını dayandırmağı tələb edib. ancaq soydaşlarımız bu tələbi rədd ediblər.

Aksiyaçılar bildirib ki, onların bir məhbus kimi ibtidai hüquqları bərpa olunmayana qədər, zindan rəisi və kadrosunun təzyiqləri səngiməyənə qədər aksiya dəvam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar