SON XƏBƏRLƏR

Tailandda iğtişaş: 15 nəfərə ölüb, 700 nəfər xəsarət alıb

2021.10.20, 07:36
Tailandda iğtişaş: 15 nəfərə ölüb, 700 nəfər xəsarət alıb

Gunaz.tv

Tailandda iğtişaş: 15 nəfərə ölüb, 700 nəfər xəsarət alıb

 

GünAzTv: Tailandın paytaxtı Banqkokda şənbə günü polislə nümayişçilər arasında baş vermiş toqquşmada həlak olanların sayı 15 nəfərə çatıb. ölənlər arasında Reuters agentliyinin müxbiri və 4 hərbi qulluqçu da var. Bu barədə APA lenta.ru saytına istinadən xəbər yayıb.İlkin məlumatlara görə, toqquşma zamanı 700 nəfərə qədər xəsarət alıb.Hərbçilərin verdiyi məlumatlara görə, nümayişçilər beş nəfər əsgəri Əsir götürüblər və onların taleyi naməlumdur.Toqquşmalar polis ölmələrinin bir aydan bəri ölkədən qovulmuş keçmiş baş nazir Taksin Çinovata tərəfdarlarının hazırkı hökumət başçısı Abxisita Vetçativanın istefası tələbi ilə keçirdikləri mitinqin dağılmasından sonra baş verib.Polis bölmələri «qırmızı köynəklər» adı almış nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Aksiya iştirakçıları isə hüquq mühafizə orqanları əməkdaşlarına daş və yandırıcı maye ilə dolu şüşə qablar atıblar.Xatırladaq ki, aprelin 7-də "qırmızı köynəklər" parlamentin ərazisinə daxil olmağa müvəffəq olublar ki, bundan sonra da Vetçaçiva fövqəladə vəziyyət elan edib.Şənbə günü o həlak olmuş şəxslərin ailə üzvlərinə başsağlığı verib, lakin istefaya getməkdən imtina edərək, ölkədə vəziyyətin normallaşdırılması istiqamətində işləməyə söz verib.Qeyd edək ki, Banqkokda baş vermiş iğtişaşlar 1992-ci ildən bu günə qədər baş vermiş ən ciddi toqquşmalardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar