SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti Polşa Seyminin sədrinə başsağlığı verib

2021.10.20, 07:36
Azərbaycan Prezidenti Polşa Seyminin sədrinə başsağlığı verib

Gunaz.tv

Azərbaycan Prezidenti Polşa Seyminin sədrinə başsağlığı verib

 

GünAzTv: Prezident İlham Əliyev Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Polşa respublikası prezidentinin vəzifəsini icra edən Polşa Respublikası Seyminin sədri Bronislav Komorovskiyə başsağlığı verib. Bununla bağlı olaraq dövlət başçısı Bronislav Komorovskiyə məktub ünvanlayıb. "Hörmətli cənab Bronislav Komorovski, Polşa xalqına və bütün Avropa ailəsinə üz vermiş ağır itki - Polşa Respublikasının prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması məni həddindən artıq sarsıtdı. Prezident Lex Kaçinskinin simasında dünya birliyi və polyak xalqı yüksək mənəvi keyfiyyətlərə malik insanı, bütün həyatını fədakarlıqla xalqına həsr etmiş böyük dövlət xadimi və siyasətçini itirdi. Bu dəhşətli qəza ilə bağlı mənim Polşa xalqına və həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm.Polşa ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlığın qurulmasında prezident Lex Kaçinskinin müstəsna xidmətləri olub. Biz həm qarşılıqlı səfərlər zamanı, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşüb, ən müxtəlif məsələlər ətrafında müzakirələr aparmışdıq. O, Azərbaycan xalqının dostu olmaqla yanaşı, ölkəmizdə yaxşı tanınan və sevilən Avropa siyasətçilərindən biri idi. İki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycanın ən ali mükafatına – “Heydər Əliyev” ordeninə layiq görülmüşdü. Bu çətin anlarda qardaş Polşa xalqına səbir və dözüm diləyir, onun kədərinə şərik olduğumu bildirirəm. Polşa xalqının böyük oğlunun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır",- deyə prezidentin məktubunda qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar