SON XƏBƏRLƏR

LEX KAÇİNSKİ kimdir?

2021.10.20, 07:36
LEX KAÇİNSKİ kimdir?

Gunaz.tv

LEX KAÇİNSKİ kimdir?GünAzTv: Aprelin 10-u təyyarə qəzasında həlak olan Polşa prezidenti Lex Kaçinskinin ömür yolu...

 

Lex Kaçinski 1949-cu il iyunun 18-də Varşavada, əkiz qardaşı Yaroslav Kaçinski ilə eyni gündə doğulub. Varşava Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Qdansk Universitetində elmi fəaliyyətlə məşğul olub, əmək hüququ üzrə doktorluq dissertasiyası müdafiə edib.

Siyasi fəaliyyətə 1977-ci ildə qardaşı Yaroslavla birgə başlayıb. Sonradan “Solidarnost” Həmkarlar Hərəkatına çevriləcək Fəhlə Hüquqlarını Müdafiə Komitəsinin yaradıcılarından, 1980-ci ildə Polşanı bürüyən davamlı tətillərin rəhbərlərindən olub.

1981-ci ildə Polşada fövqəladə vəziyyət elan olunanda tutularaq 11 ay həbsdə yatıb. Azadlığa çıxandan sonra da “Solidarnost”un lideri Lex Valensanın ən yaxın silahdaşlarından biri olaraq qalıb. “Solidarnost”da yüksək postlar tutan Lex Kaçinski 1989-cu ildə Senata, 1990-cı ildə Seymə üzv seçilib. Lex Valensanın prezidentliyi dönəmində Milli Təhlükəsizlik Bürosuna və Mərkəzi Auditor Komissiyasına rəhbərlik edib.

Kommunist prezident Aleksandr Kvasnevskinin hakimiyyəti zamanı elmi fəaliyyətə dönən Lex Kaçinski 2000-2001-ci illərdə Polşanın ədliyyə naziri vəzifəsində çalışıb. 2001-ci ildə qardaşı Yaroslavla birgə Qanun və Ədalət Partiyasını yaradıb və onun sədri seçilib. Həmin il yenidən Seymin deputatı olub. 2002-ci ildə Varşavanın meri postuna seçkidə qalib gələrək üç il paytaxtı idarə edib.

Lex Kaçinski 2005-ci ildə Polşa prezidenti seçilib. 2006-2007-ci illərdə ölkənin baş naziri postunu da Kaçinski tutub – Yaroslav Kaçinski.

Aprelin 10-da həyat yoldaşı Mariya Kaçinskaya ilə birgə həlak olan prezidentin bir qızı, bir nəvəsi qaldı. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar