SON XƏBƏRLƏR

2 ay həbsdə saxlanılan soydaşımızın vəziyyəti, hələ də qeyr-müəyyəndir

2021.10.20, 07:36
2 ay həbsdə saxlanılan soydaşımızın vəziyyəti, hələ də qeyr-müəyyəndir

Gunaz.tv

2 ay həbsdə saxlanılan soydaşımızın vəziyyəti, hələdə qeyr-müəyyəndir

 

GünAzTv: Təbriz universitetinin öyrəncisi, soydaşımız cənab Şahin Fəzli 2 aydan artıqdır ki həbsdə saxlanılır, onun vəziyyəti hələdə qeyr müəyyəndir.

O 2010-cu il fevral ayının 1-də (1388-ci il behmən ayının 12-i) Təbriz şəhərindəki öz şəxsi evində dövlət məmurları tərəfindən tutuqlanıb. sorğu-sualdan sonra Təbriz zindanına köçürülüb. Artıq 2 aya yaxındır ki Təbriz zindanında saxlanılır.

Həbsdə qaldığı müddətdən 2 ay keçsədə hələdə onun haqqında vəsiqə qərarı ilə bağlı heç bir tədbir görülməyib. Cənab Fəzli bu müddətdə ancaq bir dəfə ailəsi ilə və 2 dəfə də vəkili ilə görüşə bilib.

Adını çəkdiyimiz öyrənci fəal ölkədən xaric qruplarla əməkdaşlıq, Sistemin əleyhinə təbliğ, ümumi asayişi pozmaq və ictimai rəyi dəyişdirməyə cəhd etməkdə ittiham olunur.

Kinoteatrı tənqid edən Şahin Fəzli qeyd etdiyimiz tarixdə Məhkəmə hökmü əsasında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb. məmurlar onun evində axtarış aparıb və ona aid bir çox şəxsi əşya o cümlədən kitab, kompüter, film arxivi və... özləri ilə aparıblar.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar