SON XƏBƏRLƏR

Polşa prezidentinin təyyarəsi qəzaya uğrayıb. 132 nəfər ölüb

2021.10.20, 07:36
Polşa prezidentinin təyyarəsi qəzaya uğrayıb. 132 nəfər ölüb

Gunaz.tv

Polşa prezidentinin təyyarəsi qəzaya uğrayıb. 132 nəfər ölüb

 

GünAzTv: Varşavadan Rusiyanın Smolensk şəhərinə uçan “Tu-154” təyyarəsi Smolensk vilayətinin “Severnıy” hərbi aerodromuna eniş edərkən uçuş zolağının 300-400 metrliyində qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qəza nəticəsində 132 nəfər həlak olub. Bu barədə APA  RİA “Novosti”yə istinadən xəbər yayıb.Polşa (Lehistan) Xarici İşlər Nazirliyinin mətbuat katibi Petr Paşkovski jurnalistlərə bildirib ki, Polşa prezidenti Lex Kaçinski də həyat yoldaşı ilə birlikdə təyyarənin göyərtəsində olub. O, Polşanın rəsmi nümayəndə heyəti ilə Katında keçirilən anım tədbirində iştirak etməyə gəlirmiş. Məlumatlara görə, təyyarə eniş edərkən güclü duman səbəbindən ağaca toxunub və alışıb. Qəza Bakı vaxtı ilə saat 12 radələrində baş verib. “Röyter” agentliyi Polşa prezidentinin və həyat yoldaşının da qəza nəticəsində öldüyü barədə xəbər yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar