SON XƏBƏRLƏR

Musəvi hakimiyyəti xalqın tələblərinə boyun əyməyə çağırıb

2021.10.20, 07:36
Musəvi hakimiyyəti xalqın tələblərinə boyun əyməyə çağırıb

Gunaz.tv

Musəvi hakimiyyəti xalqın tələblərinə boyun əyməyə çağırıb

 

GünAzTv: İranın keçmiş baş naziri Mirhüseyn Musəvi İslam İnqilab Mücahidləri Təşkilatının üzvləri ilə görüşündə hakimiyyəti xalqın və İrandakı “yaşıl hərəkat”ın tələblərinə boyun əyməyə çağırıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  M.Musəvi deyib ki, əks təqdirdə “yaşıl hərəkat” hakim cərəyanla qarşı-qarşıya durmağa məcbur olacaq: “Həqiqət budur ki, bu sistem problemlərlə üzləşib. Xalqın narazılığı küçə etirazları ilə məhdudlaşmır. Böhran daha dərindir. Hakimiyyət isə fikirləşir ki, küçə və meydanlarda xalqın etirazını susdurmaqla problemi həll etmiş olur. Lakin hakimiyyətin legitimliyinin əsasları çökür. Adətən zorakılığa əl atan hakimiyyətlər nəyin bahasına olur-olsun öz varlıqlarını qorumağa çalışırlar. Elə həmin zorakılıq da onların legitimliyinin məhvinə gətirib çıxarır”.

 

M.Musəvi hakimiyyət strukturlarında hər şeyin yalana söykəndiyini bildirib: “Əxlaqi problemlər, xarici siyasətdə səriştəsizlik və hər yeri bürüyən fəsad xalqın hakimiyyətə etimadına xələl gətirib. Biz isə hakimiyyətə deyirik ki, narazılıqların ortadan qaldırılmasının yeganə yolu KİV-lərin, siyasi təşkilatın, ictimai qurumların sərbəst fəaliyyət göstərə bilməsindədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar