SON XƏBƏRLƏR

Nobel mükafatçısı Quba məzarlığındakı dəhşəti görüncə huşunu itirib

2021.10.20, 07:36
Nobel mükafatçısı Quba məzarlığındakı dəhşəti görüncə huşunu itirib

Gunaz.tv

Nobel mükafatçısı Quba məzarlığındakı dəhşəti görüncə hüşünü itirib

GünAzTv: Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, “Nobel” mükafatı laureatı Jores İvanoviç Alferov dünən Qubadakı soyqırımı məzarlığında olub.

 

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Burada ona ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınlar barəsində ətraflı məlumat verilib. Rusiyalı alim soyqırımı məzarlığında gördüyü xüsusi amansızlıq və işgəncə ilə öldürülən insanların skeletlərindən dəhşətə gəlib. O, insan sümüklərinə baxarkən “Mən daha bacarmıram, baxa bilmirəm” deyərək şok vəziyyətinə düşüb. Bu zaman alimin huşunu itirdiyi də bildirilir. Qeyd edək ki. J.İ.Alferov Qubadakı xalça istehsalı müəssisəsində və Qubanın müxtəlif görməli yerlərində də olub. Səfər qeyri-rəsmi olduğundan mətbuat nümayəndələri əraziyə buraxılmayıb. Səfər zamanı rusiyalı alimi Quba və ətraf rayonların rəsmi şəxsləri müşayiət ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar