SON XƏBƏRLƏR

Qırğızıstanın bu günü: ölkədə matəmdir, Otunbayeva isə Bakiyevin təhlükəsizliyinə bir şərtlə zəmanət verir

2021.10.20, 07:36
Qırğızıstanın bu günü: ölkədə matəmdir, Otunbayeva isə Bakiyevin təhlükəsizliyinə bir şərtlə zəmanət verir

Gunaz.tv

Qırğızıstanın bu günü: ölkədə matəmdir, Otunbayeva Bakiyevin təhlükəsizliyinə bir şərtlə zəmanət verir 

 

GünAzTv: Qırğızıstanın paytaxtı Bişkəkdə matəm günüdür. Bişkəkin mərkəzində insan kütlələri toplaşıb.

Ölkə son günlər baş vermiş hadisələrdə ölənlərin xatirəsini yad edir. Həmin hadisələrin nəticəsində prezident Kurmanbek Bakiyev paytaxtı tərk etməyə məcbur olmuşdu.

Kurmanbek Bakiyev məğlubiyyətini qəbul etmir. BBC-yə müsahibəsində o, hələ də dövlət başçısı olduğunu deyib.

Lakin Bakiyevin opponentləri artıq müvəqqəti hökümətin təşkil olunduğunu bəyan etmiş və danışıqlar üçün Moskvaya nümayəndə heyəti göndərmişlər.

Həm Rusiya, həm də Amerikanın Qırğızıstanda hərbi bazası var. Amerikanın bazası Əfqanıstandakı NATO qüvvələrinin təchizatı üçün istifadə edilir.

 

Digər xəbərə əsasən Qırğızıstanın müvəqqəti hökuməti prezident Kurmanbek Bakiyevə ölkədən çıxmaq şansı vəd edib. Amma bir şərtlə ki, istefa versin.Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva bildirib ki, onlar yalnız istefa verərsə, onun təhlükəsizliyinə zəmanət verə bilərlər.O, əlavə edib ki, son mitinqlər zamanı təhlükəsizlik qüvvələrinə atəş açmağa kimin əmr verməsini araşdırmağa başlayıblar. Otunbayeva bildirir ki, müxalifət liderləri Bakiyevlə dialoq planlaşdırmır. Bakiyev isə Oş şəhərindən frans press agentliyinə müsahibəsində bildirib ki, təhlükəsizlik qüvvələrinə belə bir əmri verməyib. Bakiyev deyib ki, rəqibləri ilə dialoqa hazırdır, amma istefa vermək fikrində də deyil. Aprelin 7-də təhlükəsizlik qüvvələri ilə müxalifət fəalları arasında toqquşmada 75 nəfər həlak olub. Bu gün Qırğızıstanda onların xatirəsi üçün ikigünlük matəm mərasimləri başlayıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar