Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
prezident Əliyev: torpaqlarımızda daha bir erməni dövləti yaradıla bilməz
GünAzTv: “Ermənilər artıq Azərbaycan torpaqlarında öz dövlətini yaradıblar. Bizim torpaqlarda yenidən digər erməni dövləti yaradıla bilməz”. Belə bir bəyanatla Azərbaycan respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Tallində Estoniyanın Xarici İşlər Nazirliyində mühazirə zamanı çıxış edib.
Prezident bildirib ki, Azərbaycan bununla heç vaxt razılaşmayacaq və bu, heç vaxt baş verməyəcək: “Erməni tərəfi bunu nə qədər tez başa düşərsə, bu, həm onlar və həm də bizim üçün bir o qədər yaxşı olar. Beləliklə, məsələ tezliklə həll olunar. Sonra isə Qafqazda sülh qurula bilər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan, regionda hər hansı digər təşəbbüs və ya siyasi məzmunlu layihə həyata keçirilə bilməz. Onlar Amerika, Fransa və Rusiyada yaşayırlar. Əgər onlar həmin yerlərdə öz müqəddəratını təyin etmək fikrinə gəlsələr, onda nələr baş verər? Həmin ölkələrin reaksiyası necə olar? Ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər, baxmayaraq ki, bu dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu, hamıya aydındır. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, növbəti gün Azərbaycan Demokratik Respublikası qərar qəbul edib ki, İrəvan şəhəri paytaxt məqsədi ilə Ermənistana verilsin. İrəvan şəhəri azərbaycanlıların yaşadığı İrəvan xanlığının şəhəri idi. Dağlıq Qarabağ münaqişəsini regionda ümumi inkişaf və ya yeni münasibətlərin yaradılması mövzusundan kənara çıxarmaq məqsədi ilə edilən bütün cəhdlər əbəsdir. Bu, baş tutmayacaq. Çünki bu, əsas problemdir və əsas maneə aradan qaldırılmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ vardır”. Dövlət başçısının sözlərinə görə, torpaqların işğalı təkcə Azərbaycan üçün deyil, regional sabitliyə və proqnozlaşdırmaya da problemdir: “Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin iyirmi faizi demək olar ki, artıq 20 ildir Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışlar. Onlar Xocalıda soyqırımı törədiblər. Həmin hadisədə 600-dən artıq vətəndaş, o cümlədən qadın və uşaq erməni müharibə cinayətkarları tərəfindən qətlə yetirilib. Əfsuslar olsun ki, müharibə cinayətkarları hələ də məsuliyyətə cəlb olunmayıblar. Lakin ümidvaram ki, vaxt gələcək və onlar öz əməllərinə görə mühakimə olunacaqlar. Etnik təmizləmə siyasəti nəticəsində nəinki Dağlıq Qarabağda, o cümlədən ətraf rayonlarda yaşamış azərbaycanlılar, yəni ümumi hesabla 750 mindən artıq insan həmin ərazilərdən qovulmuş, onların evləri yerlə-yeksan olunub. Həmin yerlərdə bütün tarixi abidələr, məscidlər və qəbirlər dağıdılıb. Bu, Ermənistanın təcavüzünün nəticəsidir. Bu təcavüzün nəticələri hələ də aradan qaldırılmayıb. Artıq iyirmi ildir ki, biz danışıqlar prosesindəyik. Lakin hər hansı nəticə yoxdur. Hələ 1990-cı illərin əvvəlində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması faktına baxmayaraq, Ermənistanın silahlı qüvvələri ərazilərimizdə işğalı yenə də davam etdirir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, beynəlxalq hüquq normaları işləmir. Bu, o deməkdir ki, ən yüksək səviyyədə beynəlxalq qərarları qəbul edən qurumun, yəni BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Həmin beynəlxalq normaları pozan və qətnamələrə məhəl qoymayan təcavüzkar isə cəzalandırılmır. Əfsuslar olsun ki, bəzən biz hətta təcavüzkarın nəinki cəzalandırılmamasını, hətta müxtəlif güzəştli razılaşmalarla, maliyyə dəstəyi və sair vasitələrlə təqdir olunmasını görürük”. Azərbaycan ərazisinin erməni qüvvələri tərəfindən işğalı tarixindən danışan prezident bildirib ki, bu proses artıq 20 ildir ki, davam edir: “Buna son qoyulmalıdır. Onların qoşunları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmalıdır. Hazırda Dağlıq Qarabağda yaşayanlar və birmənalı olaraq ora qayıdacaq azərbaycanlılar təhlükəsizlik zəmanəti əsasında suveren Azərbaycan dövlətinin hüdudlarında dünyada mövcud olan yüksək muxtariyyət statusu ilə birgə yaşamalıdırlar. Bu mövqe beynəlxalq hüquq normalarına tam uyğundur. Eyni zamanda, vasitəçilərin fəaliyyəti və əslində iki tərəfə irəli sürdükləri təkliflər bu mövqeni əks etdirir. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına son qoyulmalıdır. Dağlıq Qarabağın müstəqil olması heç müzakirə predmeti belə deyil. Vasitəçilərin təkliflərində həmin müstəqilliyin verilməsi mexanizmi yoxdur. Ermənilər bir çox hallarda öz müqəddəratını təyinetmə prinsipinə istinad edirlər. Bu, əlbəttə ki, beynəlxalq hüququn mühüm prinsipidir. Lakin ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar müstəqil Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə getsək, belə çıxır ki, ermənilər yaşadıqları istənilən yerdə öz müqəddəratını təyin edəcəklər?! Onda neçə erməni dövləti yaranacaq?! Çünki onlar bir çox yerlərdə yaşayırlar və xüsusən də, münaqişənin həllinə görə məsuliyyət daşıyan Minsk qrupunun həmsədr ölkələrində də yaşayırlar”. Daha sonra dövlət başçısı vasitəçilərin fəaliyyətinin praktiki nəticələrini yaxın vaxtlarda görünəcəyinə ümidvar olduğunu dilə gətirib: “Çünki dünyanın aparıcı dövlətləri və Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin həmsədr ölkələr üçün də artıq iyirmi il ərzində danışıqlar prosesini nəticəsiz aparmaq qeyri-məqbuldur. Xüsusən də indi növbə Ermənistanındır – vasitəçilərin son təklifini qəbul edirlər, yoxsa yox?! Əgər onlar təklifi qəbul etməsələr, onda hesab edirəm ki, danışıqlar prosesi yenidən nəzərdən keçirilməli və yeni mərhələ başlanıb. Beləliklə, vaxtınızı çox almaq istəmirəm. Bir daha istərdim qeyd edəm ki, ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunam. Fikrimcə, münasib vaxtdır. Uğurlu əməkdaşlıq aparacağımız yeni sahələri müəyyən etmək üçün bütün səylərimizi göstərməliyik. Bunun üçün güclü qarşılıqlı iradəmiz, potensialımız vardır. Bu gün Estoniya Prezidenti ilə görüşüm zamanı qeyd etdiyim kimi, iqtisadiyyatlarımız rəqabət aparmır. Əksinə, biz bir-birimizə dəstək verə bilərik. İqtisadiyyatlarımız bir-birini tamamlaya bilər. Hesab edirəm ki, biz bu cür möhkəm siyasi əsaslarla və xalqlarımız arasındakı münasibətlərin böyük tarixi irsi ilə və qarşılıqlı hörmətlə, ölkələrimiz arasında çox güclü tərəfdaşlıq münasibətlərini qura bilərik. Həmin əlaqələr ölkələrimiz, regional əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq üçün yaxşı olacaq və vəziyyəti daha proqnozlaşdıran və sabit edəcəkdir”.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu