SON XƏBƏRLƏR

Əhmədinəjad “Urmu Gölü Yığıncağı”-dan sonra yenə də söz Verdi

2021.10.20, 07:36
Əhmədinəjad “Urmu Gölü Yığıncağı”-dan sonra yenə də söz Verdi

Gunaz.tv

Əhmədinəjad “Urmu Gölü Yığıncağı”-dan sonra yenədə söz Verdi

 

GünAzTv: “Urmu Gölü Yığıncağı”-dan bir neçə gün keçmiş İran prezidenti Mahmud Əhmədinəjad Urmu Gölü ilə bağlı yeni tədbirlərdən danışıb.

 

Əhmədinəjad Urmu Gölünün vəziyyətini araşdıran iclasda Gölün bərpasının həyati əhəmiyyət daşıdığını bildirib.

 

Batı Azərbaycanın Valilik məsulları, Enerji Naziri , prezident müavinləri və digər məsulların iştirakı ilə keçirilən iclasda Gölün  Qurumasının qarşısını almaq məqsədi ilə yeni qərarlar verilib.

 

Mahmud Əhəmədinəjad Urmu Gölünün daha çox quruyacağı  təqdirdə 3 qonşu Vilayətin (ostanın) əkinçilik və yaşantı baxımından ciddi ziyan görəcəyini vurqulayıb. O bəyan edib ki, bu prosesin qarşısı alınmalıdır.

 

İclasda alınan qərara görə, Enerji Nazirliyi Gölə tökülən çayların suyuna və onların Gölə tərəf cərəyan etməsinə nəzarət edəcək.

 

Qərara əsasən Batı Azərbaycanın Valiliyinə də yeni məsuliyyətlər tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar