SON XƏBƏRLƏR

Qoşaçayda Urmu Gölü Yığıncağı ilə ilgili 60 yaşlı xanım tutuqlanıb

2021.10.20, 07:36
Qoşaçayda Urmu Gölü Yığıncağı ilə ilgili 60 yaşlı xanım tutuqlanıb

Gunaz.tv

Qoşaçayda Urmu Gölü Yığıncağı ilə ilgili 60 yaşlı xanım tutuqlanıb

 

GünAzTv: Güney Azərbaycanın Qoşaçay şəhərində 60 yaşlı bir Ana keçən günlərdə Urmu Gölünün qurudulmasına dair etiraz aksiyası  ilə bağlı Qoşaçay şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağrılıb.

 

Aprel ayının 7-də (fərvərdinin 18-i) ETTELAAT idarəsinə çağrılan Əşrəf Azmir Şotorbanidən hələlik heç bir xəbər yoxdur. O ürək xəstəliyindən əziyyət çəkir. Bu barədə onun ailəsi məlumat verib.

 

Qoşaçayın milli-mədəni fəalları inanırlar ki, adını çəkdiyimiz Xanımın  ETTELAATa çağrılması Urmu Gölünün qurudulmasına aid həyata keçirilən aksiya ilə bağlıdır.

 

Xatlırladaq ki, adını çəkdiyimiz  xanım 2006-ci il 22 may hadisələrində (xordad hadisələri) bir fəal şəxs kimi öz etirazını bildirmişdi. O hadisələr zamanı yaxalanıb bir neçə gün sonra azxadlığa buraxılsada dəfələrlə ETTELAAT tərəfindən təhdidə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar