SON XƏBƏRLƏR

İranda “Əlif” saytının rəhbərliyinə ciddi xəbərdarlıq edilib

2021.10.20, 07:36
İranda “Əlif” saytının rəhbərliyinə ciddi xəbərdarlıq edilib

Gunaz.tv

İranda “Əlif” saytının rəhbərliyinə ciddi xəbərdarlıq edilib

 

GünAzTv: İran Baş Prokurorluğu “Əlif” saytının rəhbəri Əhməd Təvəkkoliyə rəsmi qaydada ciddi xəbərdarlıq edib.

 

 GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  prokurorluğdan bildirilib ki, bu saytın dövlətin yüksək rütbəli şəxslərinə qarşı iftira və böhtan xarakterli yazıları ümumi fikri çaşdırır.

 

Qeyd edək ki, İran İslami Şura Məclisinin üzvləri “Əlif” saytında dövlətin yüksək rütbəli şəxslərinə böhtan atıldığını, qanunvericiliklə ziddiyyət təşkil edən yazıların dərc olunduğuna görə saytın dayandırılmasını, eləcə də məhkəməyə verilməsini və cəzalandırılmasını tələb ediblər.

 

Saytın təsisçisi isə İran parlamentinin araşdırmalar mərkəzinin rəhbəri Əhməd Təvəkkolidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar