SON XƏBƏRLƏR

Vaşinqtonda Ərdoğan və Sarkisyan arasında "Yol xəritəsi" imzalana bilər

2021.10.20, 07:36
Vaşinqtonda Ərdoğan və Sarkisyan arasında "Yol xəritəsi" imzalana bilər

Gunaz.tv

Vaşinqtonda Ərdoğan və Sarkisyan arasında "Yol xəritəsi" imzalana bilər

 

GünAzTv: Vaşiqtonda keçiriləсək görüş çərçivəsində erməni-türk protokollarının təsdiqi ilə bağlı “Yol xəritəsi” imzalana bilər.

Ermənistan prezidenti Serj Sarkisyan və Türkiyənin baş naziri Rəсəb Tayyib Ərdoğan Vaşiqtonda keçiriləсək görüş çərçivəsində erməni-türk protokollarının təsdiqi ilə bağlı “Yol xəritəsi” imzalaya bilərlər. Erməni saytlarının Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, sənəd protokolların ratifikasiyası üzrə konkret vaxt nəzərdə tutacaq. GünAzTv mətbuat mərkəzinin anspress-ə istinadən yaydığı məlumata görə, Bu müddət çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən irəliləyiş, o cümlədən Ermənistan qoşunlarının müəyyən cədvəl üzrə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması barədə razılaşmanın əldə olunacağı istisna edilmir.Xatırladaq ki, Sarkisyan-Ərdoğan görüşü 12-13 aprel tarixlərində Vaşinqtonda qlobal nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar