SON XƏBƏRLƏR

Ərdoğanın xüsusi elçisi Firidun Sinirlioğlu bölgədə mühüm danışıqlar aparır

2021.10.20, 07:36
Ərdoğanın xüsusi elçisi Firidun Sinirlioğlu bölgədə mühüm danışıqlar aparır

Gunaz.tv

Ərdoğanın xüsusi elçisi Firidun Sinirlioğlu bölgədə mühüm danışıqlar aparır

 

GünAzTv: Baş nazirin xüsusi elçisi qismində Ermənistana səfər etmiş Türkiyə xarici işlər nazirinin müavini Firidun Sinirlioğlu bu gün Bakıya gəlir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşnqton səfəri öncəsi regionda önəmli danışıqlar aparılır. Baş nazirin xüsusi elçisi qismində Ermənistana səfər etmiş Türkiyə xarici işlər nazirinin müavini Firidun Sinirlioğlu bu gün Bakıya gəlir. Bu səfər Ərdoğanın Vaşinqtonda Ermənistan prezidenti Serj Sarqisyanla keçirəcəyi görüşlə bağlıdır. Sinirlioğlu baş nazirin xüsusi məktubunu Bakıya gətirəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib. O, səfər öncəsi azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefonla danışdığını da bildirib. Davudoğlu telefon danışığında Sinirlioğlunun ermənistan səfərinin və Ərdoğanın Sarqisyanla keçirəcəyi görüşün müzakirə edildini deyib. Həmçinin Davudoğlu Ərdoğan-Sarkozi görüşündə Dağlıq-Qarabağ məsələsinin müzakirə edildiyini bildirib. Türkiyə prezidenti Abdullah Gül Çankaya göşkündə baş nazir Rəcəb Tayyib Ərdoğanı qəbul edib. Dövlət və hökumət başçısının görüşü bir saat yarım davam edib. Görüşdə Ərdoğan Fransa səfəri və Ermənistanla aparılan diplomatik danışıqlar barədə prezidentə məlumat verib. Baş nazirin Vaşinqtona səfəri və Sarqisyanla görüşü də gündəmdə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar