SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton Altılıq nümayəndələrinin toplantısını məhsuldar hesab edir

2021.10.20, 07:36
Rəsmi Vaşinqton Altılıq nümayəndələrinin toplantısını məhsuldar hesab edir

Gunaz.tv

Rəsmi Vaşinqton Altılıq nümayəndələrinin toplantısını məhsuldar hesab edir

 

GünAzTv: Nyu Yorkda Altılıq nümayəndələrinin 3 saatlıq danışıqları zamanı İrana qarşı tədbirlər barədə müzakirələri davam etdirmək qərarına gəliblər.

 

 GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, İclasın sonunda ABŞ-ın (Amerika Birləşmiş Ştatları) BMT-ki daimi nümayəndəsi Syuzan Rays görüşün məhsuldar keçdiyini, müzakirələrin davam etdiriləcəyini bildirib.

 Rusiyanın qurumdakı daimi nümayəndəsi Vitaliy Çurkin də Amerikalı həmkarının sözlərini təsdiqləyib. Lakin bununla belə, o İran probleminin diplomatik yolla həll edilməsinin vacibliyini vurğulayıb. “Əgər İran danışıqlara başlamaq istəyirsə, o bu addımı atmalıdır”-Rusiya rəsmisi belə deyib.

Çin də İran probleminin diplomatik yolla həllini təkid edir. Çinin BMT-ki daimi nüamyəndəsi Li Baodun sözlərinə görə, Pekin  İran məsələsinin diplomatik həlli üzərində dayanmaq niyyətindədir. Bununla belə, o, Çinin Altılıq ölkələrinin müzakirələrində iştirakını davam etdirəcəyini də qeyd edib.

Yaponiyalı nümayəndə Yuki Takasu isə bildirib ki, şərait yaranarsa, TŞ-da  iran məsələsinə baxılacaq. Lakin o, bunun yaxın zamanalrda baş tutacağını gözləmədiyini deyib.

 Qeyd edək ki, 2006-ci ildən başalayarq BMT-nin TŞ İrana qarşı qətnamələr, daha sonra isə sanksiyalar tətbiq edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar