SON XƏBƏRLƏR

Rus Şirkəti İrana bənzin ixracını dayandırır

2021.10.20, 07:36
Rus Şirkəti İrana bənzin ixracını dayandırır

Gunaz.tv

Rus Şirkəti İrana bənzin ixracını dayandırır

 

GünAzTv: Rusiyanın “Lukoyl” neft şirkətinin İrana benzin ixracını dayandıracağı xəbəri yayılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, “Royter” şirkətin İrana benzin satışını dayandırmaq qərarını ABŞ-ın (Amerika Birləşmiş Ştatları)  sanksiyalarından qorunması istəyi ilə əlaqələndirib.

 

Məlumatda bildirilir ki, ABŞ-da 2 min benzindoldurma məntəqəsinin sahibi olan və bu ölkə ilə geniş ticarət əlaqələri qurmuş “Lukoyl” şirkəti hər ay İrana 250 mindən 500 min barelə qədər benzin ixrac edir.

 

“Lukoyl” neft şirkəti martın 24-də bəyanat yayaraq İranın Ənaran neft yatağının genişləndirilməsi layihəsindən çıxdığını bəyan etmişdi.

 

 Bəyanatda bu addım ABŞ-ın İrana, İranla əməkdaşlıq edən şirkətlərə tətbiq etdiyi sanksiyalarla əlaqələndirilmişdi. “Lukoyl” Ənaran layihəsindən imtina etdiyi üçün 63 milyon dollar ziyana düşəcəyini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar