SON XƏBƏRLƏR

Qırğızıstanda son vəziyyət: 2 gün Matəm elan olunub, Bakiyev isə istefa vermədiyini bəyan edib

2021.10.20, 07:36
Qırğızıstanda son vəziyyət: 2 gün Matəm elan olunub, Bakiyev isə istefa vermədiyini bəyan edib

Gunaz.tv

Qırğızıstanda son vəziyyət: Sabah Matəm günüdür, Bakiyev isə istefa vermədiyini bəyan edib

 

GünAzTv: Qırğızıstan prezidenti Kurmanbek Bakiyev istefa vermədiyini bəyan edib.Qırğızıstan prezidenti Kurmanbek Bakiyev bildirib ki, o, istefa vermək fikrində deyil. Aprelin 8-də «Exo Moskvı» radiosuna müsahibəsində Bakiyev deyib: «Mən seçilmiş dövlət başçısıyam və məğlubiyyəti qəbul etmirəm. Düşünürəm ki, indi baş verənlər bir qrup silahlı adamın törətdiyi zorakılıqdır və bu, mənim məğlub olduğumu göstərmir».

Bakiyevi hakimiyyəti ailəsinin əlində cəmləməkdə, korrupsiyada ittiham edən müxalifət isə artıq özünün müvəqqəti hökumətini yaradıb. Həmin hökumətə rəhbərlik edən Roza Otunbayeva Azadlıq Radiosuna müsahibəsində bildirib ki, o, yeni konstitusiya hazırlanana qədər qarşıdakı altı ayda ölkənin müvəqqəti hökumətinə rəhbərlik edəcək. Ölkədə yeni azad və ədalətli prezident, parlament seçkiləri keçiriləcək: «Biz müvəqqəti hökumət kimi prezidentin, parlamentin, hökumətin bütün səlahiyyətlərini icra edirik. Hazırda ölkədə hakimiyyətə tam nəzarəti öhdəmizə götürməyə çalışırıq». Otunbayeva deyir ki, müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında son iki gündə baş verən toqquşmalarda 75 nəfər həlak olub, 1000 nəfər isə yaralanıb. Qətlə yetirilənlərin xatirəsi üçün aprelin 9-u ölkədə matəm elan olunub.Aprelin 9-u və10-u Qərğızıstanda matəm günü elan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar