SON XƏBƏRLƏR

Vaşinqton və Moskva arasında Strateji Hücum Silahları haqqında müqavilə imzalanıb

2021.10.20, 07:36
Vaşinqton və Moskva arasında Strateji Hücum Silahları haqqında müqavilə imzalanıb

Gunaz.tv

Vaşinqton və Moskva arasında Strateji Hücum Silahları haqqında müqavilə imzalanıb

 

GünAzTv: Aprelin 8-də Praqada Rusiya və ABŞ prezidentləri Dmitri Medvedyev və Barak Obama Strateji Hücum Silahlarının (SNV) azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında Müqavilə imzalayıblar. Strateji Hücum Silahları haqqında əvvəlki müqavilənin müddəti keçən il dekabrın 9-da bitib.

 

Müqavilə paritet əsasda bağlanıb. 2002-ci ildə qəbul olunmuş Moskva müqaviləsindən fərqli olaraq, tərəflər döyüş başlıqlarının sayını 3 dəfə azaltmaq barədə razılığa gəliblər. Moskva müqaviləsində döyüş başlıqlarının sayı hər ölkə üçün 1700-2000 ədəd müəyyənləşmişdi. Bundan əlavə, müqaviləyə əsasən Rusiya və ABŞ strateji nüvə başlığı daşıyıcılarının sayını iki dəfə azaldacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar