SON XƏBƏRLƏR

Urmulu soydaşlarımız Əhmədinəjadı soyuq qarşıladılar

2021.10.20, 07:36
Urmulu soydaşlarımız Əhmədinəjadı soyuq qarşıladılar

Gunaz.tv

Urmulu soydaşlarımız Əhmədinəjadı soyuq qarşıladı

 

GünAzTv: Xəbər verdiyimiz kimi İran prezidneti Mahmud Əhmədinəjad Güney Azərbaycanın Batı bölgəsinə (Qərbi Azərbaycan-Urmu şəhəri) səfər gəlib. Onu 17 nəfərlik heyət müşayiət edir.

 

“Urmu Gölü Kampaniyası Dəstək Yığıncağı”-dan bir neçə gün sonraya təsadüf edən səfər, heçdə İran rəsmi orqanlarının gözlədiyi kimi olmayıb.

 

Urmulu soydaşlarımız Təxti stadiyomunda (stadion) çıxış edən Əhmədinəjad və onu müşayiət edən heyət üzvlərini həddindən artıq soyuq qarşılayıblar.

 

Şərhçilər bu növ reaksiyanı Azərbaycan türklərinin özünüdərk və milli hüquqlarına sarıldıqları ilə izah edirlər. müşahidələr göstərir ki, Əhmədinəjadın Azərbaycanlılara verdiyi sözün tutulmaması, Azərbaycana qarşı siyasi, mədəni, iqtisadi və son dönəmdə bütün çılpaqlığı ilə özünü göstərən ətraf-mühit (ekoloji) zəminində ayriseçkilik siyasətinin dəvam etdirilməsi millətimiz tərəfindən diqqətlə izlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar