SON XƏBƏRLƏR

Diasporamız Ermənistanın Amerikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

2021.10.20, 07:36
Diasporamız Ermənistanın Amerikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

Gunaz.tv

Diasporamız Ermənistanın Amerikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

 

GünAzTv: Amerikada yaşayan azərbaycanlılar və türklər Türkiyədə 1915-ci ildə baş vermiş hadisələrə həsr olunmuş yeni kampaniyaya start veriblər.Bu barədə APA-nın Vaşinqton müxbirinə diaspora təşkilatlarından məlumat verilib. Əsas tədbirlər Vaşinqton və Nyu-Yorkda keçiriləcək. Diaspora qurumları Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bu həftənin əvvəlində bu qurumlar Konqresin qarşısında broşuralar paylamağa başlayıblar. Broşuralarda onlar 1915-ci il hadisələrinin əsl mahiyyətini izah etməyə çalışıblar. “Bizim əsas məqsədimiz ABŞ elitasına bu məsələni izah etmək və onları bunu unutmağa məcbur etməkdir”. Bu sözləri diasporun üzvü Recep Mehmet bildirib. Onun fikrincə, ABŞ-dakı qurumlar bu məsələdən onların daxili siyasətinə təsir etmək üçün bir vasitə kimi istifadə edirlər. “Lakin bu vasitə bəzi ABŞ hökümət nümayəndələrinin istifadə edə biləcəyi bir oyuncaq olmamalıdır. Diaspora həmçinin hesab edir ki, ABŞ bu məsələni gündən-günə çiçəklənən Türkiyəyə qarşı istifadə etmək üçün gündəmdə saxlayır”.Diasporun digər üzvü Rəşid Sabah xatırladıb ki, Türkiyə regionda və dünyada əsas ölkələrdən biridir və bəlkə də bu səbəbdən ABŞ 1915-ci il hadisələrindən bu ölkəyə qarşı alət kimi istifadə edə bilər. Etiraz aksiyalarından başqa Arkanzas Universitetində, Minnesota Universitetində, Kent Universitetində, Miçiqan Universitetində, Çikaqodakı Şimal-Qərb Universitetində, Corctaun Universitetində və Reybern adına Nümayəndələr Palatasının ofis binasında məlumat xarakterli yığıncaqlar təşkil olunacaq. Bu yığıncaqlar Ankara Universitetinin fəxri professoru Türkkaya Ataövün dəstəyi ilə keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar