Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Ankara ilə İrəvan arasında qapalı təmaslar başlayıb
GünAzTv: Türkiyə ilə Ermənistan arasında ABŞ-ın (Amerika Birləşmiş Ştatları) patronajlı altında Azərbaycan üçün də kritik əhəmiyyət kəsb edən Vaşinqton danışıqları ərəfəsində Ankara-İrəvan qapalı təmasları başlayıb. Dünən elan olunub ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın xüsusi elçisi, xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti İrəvanda səfərdədir.
Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan məlumat verib. “Türkiyə baş nazirinin xüsusi elçisi bu gün Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri ilə görüşəcək”, deyə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Sinirlioğlu indiyədək Ermənistana səfər edən ən yüksək rütbəli diplomatdır. O, XİN-də Ermənistanla danışıqları kurasiya edir və bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin Sürix protokolları ilə bağlı qərarından sonra ortaya çıxan durumu müzakirə etmək üçün Rusiya, İsveçrə və ABŞ-da təmaslarda olub. Sinirlioğlunun qəflətən İrəvana ezam edilməsinin məqsədi açıqlanmır. Türkiyə mənbələri bildirir ki, diplomat baş nazir Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sərkisyan arasında Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti zamanı baş tutacaq görüşlə bağlı hazırlıqlar aparmaq üçün göndərilə bilər. Bu görüşün olacağı artıq təsdiqlənib. Türkiyənin diplomatik çevrələrindən bildirilir ki, Vaşinqtonda Ərdoğanla Sərkisyan arasında ikitərəfli görüş razılaşdırılıb. Digər məlumata görə, Sinirlioğlu ABŞ tərəfindən hazırlanan və Ermənistan-Türkiyə protokollarının ratifikasiyası üçün atılacaq addımların vaxtını müəyyən edən “yol xəritəsi” ilə bağlı İrəvana gedib. Neçə gündür ABŞ-ın Vaşinqtonda erməni və türk tərəflərinin imzalaması üçün nəzərdə tutulan “yol xəritəsi” hazırladığı, bu sənədin gizli saxlanılacağı haqda Vaşinqton və Ankaradakı mənbələrdən xəbərlər yayılır. Bildirilir ki, ABŞ administrasiyası Azərbaycanı Türkiyə-Ermənistan yaxınlaşması prosesindən kənarlaşdırmaq üçün oyun qurub. ABŞ-ın hazırladığı sənədin Türkiyə tərəfinə bir gün əvvəl təqdim edildiyi bildirilir, ehtimal olunur ki, Sinirlioğlu sənədi erməni tərəfi ilə müzakirə edib. Türkiyə mənbələri həmçinin onu xəbər veriblər ki, diplomat Ərdoğanın adından Sərkisyana məktub aparıb.
Obama Sərkisyanla görüşəcək, Ərdoğanın adı niyə siyahıda yoxdur?
Bu arada Ağ Evin mətbuat katibi Robert Gibbs bəyan edib ki, prezident Barak Obama aprelin 12-13-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək. Gibbs sammit zamanı ABŞ prezidentinin bir sıra ikitərəfli görüşlər keçirəcəyini bildirib: “Prezident bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır: Çin Xalq Respublikasının rəhbəri Xu Tszintao, Almaniya kansleri Angela Merkel, Hindistanın baş naziri Manmohan Sinqh, İordaniya kralı II Abdulla, Malayziyanın baş naziri Nəcib Razak, Pakistanın baş naziri Yusuf Gilani, CAR prezidenti Ceykob Zuma və Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ermənistan prezidenti Serj Sərkisyanla”. Göründüyü kimi, Ərdoğanın adı Obamanın ikitərəfli görüş keçirəcəyi liderlərin siyahısında yer almır. Bundan əvvəl isə Türkiyə mənbələri Obamanın Ərdoğanla da görüşəcəyi haqda xəbər yaymışdı. Həmçinin sammit çərçivəsində Obama, Ərdoğan və Sərkisyan arasında üçtərəfli görüşün keçiriləcəyi də ehtimal edilir. Bu görüşün təklikdə deyil, sammit çərçivəsində ayaqüstü ola biləcəyi də gözlənilir. Ona görə də təxmin edilir ki, Ərdoğan Obamanın ayaqüstü görüşəcəyi liderlər arasında yer aldığından onun adı Ağ Evdən açıqlanan siyahıda yoxdur.
Erməni hiyləgərliyi: Sərkisyan ABŞ-a yola düşən kimi parlament protokolları müzakirə edəcək
O da məlum olub ki, Sərkisyanın ABŞ-da səfərdə olduğu bir vaxtda Ermənistan parlamenti protokolları müzakirəyə çıxaracaq. “Ermənistan parlamenti yaxın vaxtlarda erməni-türk protokollarını müzakirə etmək niyyətindədir”. Bu barədə parlamentin spikeri Ovik Abramyan sessiya zamanı bildirib. Ermənistan parlamenti Ermənistan-Türkiyə protokollarının qarşıdan gələn dörd günlük parlament həftəsində nəzərdən keçirilməsinin “lehinə” səs verib. “İrs” müxalifət fraksiyasının nümayəndələri isə protokolların parlamentin gündəliyinə daxil edilməsinin əleyhinə çıxış ediblər. İrs Partiyasının üzvləri bildiriblər ki, Ermənistan-Türkiyə protokolları “həyati əhəmiyyətli milli maraqlara aid olan məsələlərdə güzəştlər hesabına daxili hakimiyyətin möhkəmləndirilməsinə” istiqamətlənib. Ermənistan-Türkiyə protokollarının respublika parlamentinin gündəliyinə çıxarılacağı gün mitinq keçirməyə hazırlaşan İrs bütün erməniləri bu aksiyaya qatılmağa səsləyib. Bu addımla erməni tərəfi nümayiş etdirməyə çalışır ki, Türkiyə tərəfindən fərqli olaraq protokolların ratifikasiyasında konkret addımlar atır. Deməli, ABŞ prosesi irəli aparmaq üçün Türkiyəyə təzyiq etməlidir.
Rəsmi Bakıdan Ankaraya şərtlər var
Rusiyanın “Regnum” agentliyi isə Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat verib ki, rəsmi Bakı Ankaraya bəzi şərtlər irəli sürüb. Bu şərtlərə görə, Azərbaycan Türkiyə ilə qaz anlaşmasını və viza rejiminin ləğvinə dair sazişi Vaşinqton danışıqlarının nəticələrindən asılı olaraq imzalayacaq. Məlumata görə, Bakı əmin olmaq istəyir ki, Türkiyə Vaşinqton danışıqlarında Azərbaycanı Qarabağ məsələsində tək qoyan hansısa sövdələşməyə getməyəcək. “Bakıda ehtiyat edirlər ki, Ankara Vaşinqtonun təzyiqlərinə davam gətirməyərək, Ermənistanla protokolları həyata keçirə bilər. Ona görə də Azərbaycan Ərdoğanın Vaşinqton səfəri diqqətlə izləyəcək” deyə, mənbə bildirib. Gözlənilir ki, hər şey yolunda getsə qaz anlaşması və viza rejiminin ləğvinə dair saziş prezident Abdulla Gülün may ayında Bakıya gözlənilən səfəri, yaxud prezident İlham Əliyevin iyunda İstanbulda keçiriləcək beynəlxalq sammit üçün Türkiyəyə səfəri zamanı imzalana bilər. Xatırladaq ki, aprelin əvvəlində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ankarada səfərdə olub. Türkiyə mənbələrinə görə, Ərdoğan onun vasitəsilə Əliyevə üç mesaj göndərib: PKK terror təşkilatı kimi tanınsın, viza rejimi ləğv edilsin və Şəhidlər Xiyabanındakı türk bayraqlarının hamısı yerinə qaytarılsın. musavat
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu