SON XƏBƏRLƏR

Qırğızıstanda Roza Otunbayeva müvəqqəti hökumət qurub. Kurmanbek Bakiyev isə istefa Verib

2021.10.20, 07:36
Qırğızıstanda Roza Otunbayeva müvəqqəti hökumət qurub. Kurmanbek Bakiyev isə istefa Verib

Gunaz.tv

Qırğızıstanda Roza Otunbayeva müvəqqəti hökumət qurdu. Kurmanbek Bakiyev isə istefa Verdi

 

GünAzTv: Qırğızıstan prezidenti Kurmanbey Bakiyev qovulandan sonra müvəqqəti hökumətə hazırda müxalifət lideri Roza Otunbayeva rəhbərlik edir.Aprelin 7-də baş verən çevriliş zamanı paytaxt Bişkekdə azı 65 nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı bildirilir. 400-ə yaxın adam xəstəxanalardadır. Müxalifət isə ölənlərin yüzə yaxın olduğunu deyir.Sabiq xarici işlər naziri olan Roza Otunbayeva bildirib ki, müvəqqəti hökumət ölkədə yeni konstitusiya qəbul edilənə qədər davam edəcək.

Digər xəbərə əsasən Qırğızıstanın cənubunda yerləşən Cəlal-Abad şəhərində keçirilən mitinq zamanı hələ ki, ölkənin hazırki prezidenti olan Kurmanbek Bakiyevin çıxışı gözlənilir. Bu barədə mitinq zamanı vilayət qubernatoru (vali-ostandar) bildirib.O həmçinin əlavə edib ki, Kurmanbek Bakiyev istefa verib. “Lakin biz öz oğlumuzu müdafiə edəcəyik”, - deyə Bakiyevin Cəlal-Abad mənşəli olduğuna işarə edən qubernator bildirib.Hazırda şəhərdə Kurmanbek Bakiyevin müdafiəsi üzrə komitə yaradılır. Xatırladaq ki, dünən yayılan məlumatlara görə, ölkədə yaranan vəziyyətlə əlaqədar prezident Kurmanbek Bakiyev ölkəni tərk edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar