SON XƏBƏRLƏR

Qırğızıstanda son durum: Hökumət devrildi, prezident ölkənin cənubuna qaçdı, 100-ə yaxın ölü, yüzlərlə yaralı...

2021.10.20, 07:36
Qırğızıstanda son durum: Hökumət devrildi, prezident ölkənin cənubuna qaçdı, 100-ə yaxın ölü, yüzlərlə yaralı...

Gunaz.tv

Qırğızıstanda son durum: Hökumət devrildi, prezident ölkənin cənubuna qaçdı, 100-ə yaxın ölü, yüzlərlə yaralı...

GünAzTv: Qırğızıstanın paytaxtında baş verən kütləvi qarşıdurma zamanı 100-ə yaxın insan ölüb, yüzlərlə insan yaralanıb.

GünAzTv mətbuat mərkəzinin Lent.az-a istinadən yaydığı məlumata görə,  bu barədə “K+” telekanalı “Ata-Meken” Partiyasının sədri Omurbek Tekebeyevə istinadən məlumat yayıb. Omurbek Tekebeyev deyib ki, müxalifət situasiyaya görə cavabdehliyi öz üzərinə götürür və insanları Bişkekdə soyğunçuluğa son qoymağa çağırıb. Bundan əvvəl Bişkek Təsviri Muzeyinin talanması barədə məlumatlar yayılıb. Qeyd edək ki, “Manas” aeroportu bağlanıb. Bu gün səhər saatlarında sabiq xarici işlər naziri Roza Otunbayevanın başçılıq edəcəyi yeni hökumətin tərkibi elan olunub. Roza Otunbayeva müvəqqəti hökumətin 6 ay, yeni Konstitusiya layihəsi hazırlanana qədər fəaliyyət göstərəcəyini söyləyib. Prezident Kurmanbek Bakıyev isə ölkənin cənubundakı Oş şəhərindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar