SON XƏBƏRLƏR

Rəsmi Tehrandan qondarma “erməni soyqırımı”-na rəsmi dəstək

2021.10.20, 07:36
Rəsmi Tehrandan qondarma “erməni soyqırımı”-na rəsmi dəstək

Gunaz.tv

Rəsmi Tehrandan qondarma “erməni soyqırımı”-na rəsmi dəstək

 

GünAzTv: Tehranda “erməni soyqırımı” ilə bağlı tədbirlər keçirməyə icazə verilib.

 

Ermənilər qondarma “erməni soyqırımı”nın 95-ci ildönümünü İranın paytaxtı Tehranda geniş miqyasda qeyd etməyə hazırlaşırlar. Artıq bu məqsədlə keçiriləcək tədbirləri Tehrandakı erməni təşkilatları İran rəsmiləri və müvafiq qurumları ilə razılaşdırıb.

Lent.az-ın Ermənistanın “Azq” qəzetinə istinadən verdiyi məlumata görə, ermənilər Tehranda İran ictimaiyyəti üçün “soyqırımı” anladan yazılı və görüntülü internet portalı istifadəyə verməyi planlaşdırır. Ermənilər həmçinin Tehranda qondarma “erməni soyqırımı” mövzusunda kitab və filmlərdən ibarət bir kitabxana-arxiv də yaratmaq niyyətindədirlər.

Bununla yanaşı, ermənilər Tehran məktəblərində rəsm və inşa müsabiqələri keçirəcək, erməni olmayan dairələrdə gənclər və tələbələr arasında “soyqırımla” bağlı marka sərgisi təşkil edəcəklər. Ermənilər iranlı müəllimləri də unutmayaraq onlar üçün “Ədalət aynası” adlı mahnı və şeir günləri təşkil etməklə yanaşı, İranda yaşayan digər xalqları da bu barədə məlumatlandırmağa çalışacaqlarını bəyan ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar