SON XƏBƏRLƏR

Qırğızıstanda qarşıdurma: ölən və yaralananlar var

2021.10.20, 07:36
Qırğızıstanda qarşıdurma: ölən və yaralananlar var

Gunaz.tv

Qırğızıstanda qarşıdurma: ölən və yaralananlar varGünAzTv: Qırğızıstanın Talas şəhərində hüquq-mühafizə orqanları və müxalifət tərəfdarları arasında toqquşma davam edir. 60-a yaxın şəxs yaralanıb. Bu barədə Lent.az “Exo Moskvı” radiosuna istinadən xəbər yayıb.

Müxalifətin dünən başlayan aksiyası bu gün əsl döyüşə çevrilib. Mübarizə mərkəzi Talas şəhər icra hakimiyyətinin binasıdır. Bu bina bir neçə dəfə əldən ələ keçib. Gecə mitinqçilər üçün düşərli olub. Onlar gecə binadan xüsusi təyinatlıları sıxışdırıb çıxarıblar. Bu zaman binanın ilk mərtəbəsində yanğın baş verib. Yanğın söndürülüb.Yaralananlarla bərabər, ölənlərin olduğu barədə də məlumat gəlir. “BBC” 1 milis əməkdaşının öldüyü barədə məlumat yayıb. Qırğız telekanalları da bir neçə nəfərin öldüyü barədə məlumat veriblər.Paralel olaraq paytaxt Bişkekdə müxalifət liderləri həbs edilməyə başlayıblar. Ölkə prezidentinin əsas rəqibi və tənqidçisi, Sosial-Demokrat Partiyasının lideri Almazbəy Atambayev, “Akşumkar” Partiyasının sədri Temir Sariyev, çoxlu sayda siyasi xadimlər və hüquq müdafiəçiləri həbs ediliblər. Qırğızıstanda bir çox internet saytları bağlanıb, radioların yayımı dayandırılıb.

 

Xarici KİV-dən yenicə aldığımız məlumata görə, ölənlərin sayı 4, yaralıların sayı isə 100 nəfərə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar