SON XƏBƏRLƏR

İranın onlarla Sərnişin Təyyarəsinin Avropaya uçuşu yasaqlandı

2021.10.20, 07:36
İranın onlarla Sərnişin Təyyarəsinin Avropaya uçuşu yasaqlandı

Gunaz.tv

İranın onlarla Sərnişin Təyyarəsinin Avropaya uçuşu yasaqlandı

 

GünAzTv: Avropa Komissiyasının uçuş təhlükəsizliyi komitəsi İran Aviasiya Şirkətinə (“İran Air”) məxsus 34 sərnişin təyyarəsini qara siyahıya salaraq Avropa Birliyinə üzv ölkələrə uçuşuna qadağa qoyub.

 

Avropa Komissiyası qadağanı təyyarələrin köhnəliyi, beynəlxalq standartlara uyğun olmaması ilə bağlayıb.

 

GünAzTv mətbuat mərkəzinin “mediaforum”-a istinadən yaydığı məlumata görə, Avropaya uçuşuna qadağa qoyulan 34 sərnişin təyyarəsi “İran Air”ə məxsus təyyarələrin yarısından çoxunu təşkil edir. Bundan əvvəl İranın “Mahan” adlı xüsusi aviasiya şirkətinə məxsus təyyarələrin Avropaya uçuşuna qadağa qoyulmuşdu.

 

Hazırda İran Aviasiya Şirkətinə məxsus təyyarələrin, o sıradan da nəhəng “Aerebus” və “Boinq 747” sərnişin təyyarələri ötən əsrin 70-ci illərində, şah hakimiyyəti zamanı alınıb. 1979-cu il islam inqilabından sonra ABŞ sərnişin təyyarələrinin İrana satışına qadağa qoyulub. Hazırda ABŞ-ın  (Amerika Birləşmiş Ştatları) İrana qoyduğu sanksiyalarına görə İran İslam Respublikası bu ölkədən yeni sərnişin təyyarələrini və onların ehtiyat hissələrini almaqdan məhrum edilib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar