SON XƏBƏRLƏR

Təbriz zindanında saxlanılan 10 soydaşımızın adları müəyyənləşib

2021.10.20, 07:36
Təbriz zindanında saxlanılan 10 soydaşımızın adları müəyyənləşib

Gunaz.tv

Təbriz zindanında saxlanılan 10 soydaşımızın adları müəyyənləşib

 

GünAzTv: keçən günlərdə Güney Azərbaycanda “Urmu Gölü Kampaniyası Dəstək Yığıncağı”-nin keçirildiyi zaman İran Təhlükəsizlik Qüvvələri bir çox Yığıncağa qatılan soydaşlarımızı tutuqlamışdı. keçmiş xəbərlərimizdə Onların müəyyənləşən kimlikləri haqqında məlumat verilmişdik.

 

Son aldığımız məlumata görə, yaxalanmış  Aksiya İştirakçılarının böyük əksəriyyəti azadlığa buraxılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə,10 nəfər istisna olmaqla tutulanların hamısı mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar. Hazırda Təbriz zindanında həbsdə saxlanılan soydaşlarımızın kimliyi isə bunlardan ibarətdir:

 

-Hüseyn Nəsiri, Ərsalan Zarei, Məhəmməd Rzai (Təbrizli), Sadiq Zarei, Murtaza Əvəzpur, Səid Cahani, Sabir Cahani, Məhəmməd Məhəmmədlu, Taib Lütfi və Əjdəri.

 

Tutulanların yaxınlar bildiriblər ki, Hüseyn Nəsiri, Məhəmməd Məhəmmədlu və Məhəmməd Rzaidən başqa digər saxlanılanlar 30 min dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azad oluna bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar