SON XƏBƏRLƏR

Qoşaçayda “Urmu Gölü Yığıncağı” keçirilən gün, soydaşlarımızla polis arasında qarşıdurma olub

2021.10.20, 07:36
Qoşaçayda “Urmu Gölü Yığıncağı” keçirilən gün, soydaşlarımızla polis arasında qarşıdurma olub

Gunaz.tv

Qoşaçayda “Urmu Gölü Yığıncağı” keçirilən gün, soydaşlarımızla polis arasında qarşıdurma olub

 

GünAzTv: Aprel ayının 2-də (fərvərdinin 13-ü) Urmu Gölü Ətrafında keçirilən aksiya ilə eyn zamanda Güney Azərbaycanın Qoşaçay Şəhərində də mərasim olub.

 

 Təkağac Kəndinin yaxınlığında keçirilən mərasimdə bir çox soydaşlarımız toplanaraq, Azərbaycan musiqisi, Şeir və Folklorik rəqslər nümayiş etdiriblər. məhz bu arada ETTELAAT (İran Kəçfiyyat Nazirliyi) əməkdaşları və Polis üzvləri mərasim iştirakçılarına hücum ediblər.

 

 hücumçular soydaşlarımızın ciddi müqaviməti ilə üz-üzə qalıb və şaşkın vəziyyətə düşüblər. soydaşlarımız “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” və “Azərbaycan var olsun- istəməyən kor olsun” şüarları ilə hücumçu dəstələrə cavab verib, ümumi həmrəylik göstəriblər.

 

bu hadisədə bir neçə nəfər soydaşımız yaxalanıb. Hələlik onların kimliyi barədə heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar