SON XƏBƏRLƏR

Millət Vəkili: Traxtur-Əbumüslüm oyunu yenidən keçirilsin

2021.10.20, 07:36
Millət Vəkili: Traxtur-Əbumüslüm oyunu yenidən keçirilsin

Gunaz.tv

Millət Vəkili: Traxtur-Əbumüslüm oyunu yenidən keçirilsin

 

GünAzTv: Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki Millət Vəkili Traxturla Əbumüslüm komandalarının  yenidən oynamasını tələb edib.

 

GünAzTv mətbuat mərkəzinin İRNA-ya istinadən yaydığı məlumata görə, Əlirza Monadiyan İran Futbol Federasiyasının rəisinə məktub yazaraq Güney Azərbaycanın Milli Komandası Traxtur futbol taxımı  ilə Xorasanın Əbümüslün taxımı arasında yarıda buraxılmış oyunun yenidən keçirilməsini istəyib. o vurqulayıb ki, keçiriləcək müsabiqə üçün ədalətli və qərəzsiz hakimlər seçilməlidir.

 

Cənab Monadiyan əlavə edib ki, Stadiyomda (stadion) bir daha oyunçulara və komanda tərəfdarlarına təhqir edilməməsi üçün Federasiya yeni tədbirlər almalıdır.

 

o Məktubda “müsabiqəyə bir gün qalmış hakimin dəyişilməsi, stadiyomda inzibati qüvvələrin ayriseçkiliyi və Kobud Rəftari, həmçinin Traxtur afişalarına (puster) qarşı qoyulan qadağalar”-dan şikayətlənib.

 

Xatırladaq ki, Aprel Ayının 4-ə (fərvərdinin 13-ü) Traxturla Əbumüslüm arasında keçirilən müsabiqə yarıda buraxılıb. Səbəb traxtur oyunçuları və tərəfdarlarının hakimin qəzərli qərarlarına etirazları olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar