SON XƏBƏRLƏR

Xatəminin atasının qəbiri təhqir edilib. Anası isə Aksiyaya başlayıb

2021.10.20, 07:36
Xatəminin atasının qəbiri təhqir edilib. Anası isə Aksiyaya başlayıb

Gunaz.tv

Xatəminin atasının qəbiri təhqir edilib. Anası isə Aksiyaya başlayıb

 

GünAzTv: İranın keçmiş prezidenti, nüfuzlu ruhani,  müxalifət liderlərindən olan Məhəmməd Xatəminin Ərdəkanda basdırılmış atası Ayətullah Seyid Ruhullah Xatəminin məzarı aprelin 4-ü axşam saatlarında hücuma məruz qalıb. Hücumçuların hökumət tərəfdarı olduğu güman edilir.

 

Hücumçular qəbir daşının yazılarına və mərhumun şəklinin üstünə rəng səpiblər. İslam respublikasının qurucusu Ayətullah Xomeyninin mərhum barədə söylədiyi sözlərin də rənglə görünməz vəziyyətə gətiriblər.

 

Xatəminin anası məzar üzərində oturaq etiraz aksiyasına başlayaraq hücumçuların və sifarişçilərin müəyyənləşdirilməsini tələb edib.

 

Xatırladaq ki, İranın sabiq islahatçı prezidenti Məhəmməd Xatəmi 1997-2005-ci illərdə iki dəfə prezident seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar