SON XƏBƏRLƏR

Sərkisyan müharibədən qorxur?

2021.10.20, 07:36
Sərkisyan müharibədən qorxur?

Gunaz.tv

Sərkisyan müharibədən qorxur?

GünAzTv: Ermənistan prezidenti Sərj Sarkisyan Türkiyəni ermənilərdən davamlı olaraq güzəşt istəməkdə və “erməni soyqırımı»nın tanınması prosesini ləngitməkdə günahlandırıb. Ermənistan lideri bu barədə Almaniyanın “Der Spiegel” jurnalına bildirib. Sərkisyan müsahibəsində əvvəlcə Türkiyənin Ermənistanla sərhədlərin açılması üçün Qarabağ probleminin həllində irəliləyişlərin olmasını istəməsini şərh edib: “Türkiyə davamlı olaraq güzəştə getməyimizi istəyir. Bu mümkün deyil. Ən önəmli məsələ Dağlıq Qarabağ xalqına öz taleyini özü təyin etməsi haqqının verilməsidir. Təəssüf ki, deyəsən Azərbaycan problemi hərbi yolla həll etmək istəyir. Bu da ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb olacaq”.Azərbaycanın neft ölkəsi olması və Türkiyə kimi bir NATO üzvü tərəfindən dəstəklənməsinin “DQR”in digər ölkələr kimi bərabər haqlara sahib olmasına mane olduğunu" iddia edən Sərkisyan, Türkiyə ilə sərhədlərin açılmasını 1915-ci il olayları ilə bağlamadıqlarını, bu səbəbə Türkiyə-Ermənistan yaxınlaşmasının alınmayacağı təqdirdə bunun günahkarının Ermənistan olmayacağını deyib.“Türkiyənin irəli sürdüyü tarix komissiyasının yaradılmasına niyə qarşı çıxırsınız” sualına cavabında Sərkisyan bildirib: “Türkiyədə «soyqırım» sözünü işlədənlərin təqib edildiyi bir vəziyyətdə belə bir komissiya obyektiv fəaliyyət göstərməyəcək. Bu ideyanı ortaya atmaqda Türkiyənin arzusu «erməni soyqırımı»nın tanınması prosesini ləngitməkdir. Belə bir komissiya yaradılarsa, demək, aşkar həqiqətlər şübhə altına alınacaq. Komissiya yalnız Türkiyənin günahını etiraf etməsi halında yaradıla bilər. Biz Ağrı Dağını hər zaman ürəyimizdə daşıyırıq, ancaq heç vaxt heç bir Ermənistan rəsmisi Türkiyədən torpaq tələb etməyib”.Sərkisyan 1915 olayları ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi barədə suala cavabında isə “Dünya qətiyyətli hərəkət etməlidir. Amerika da, Avropa da, Almaniya da. Türkiyə-Ermənistan yaxınlaşmasına yardım etmiş bütün ölkələr qəti mövqelərini ortaya qoymalıdırlar”, - deyə bildirib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar