SON XƏBƏRLƏR

«Traktur» «Qalatasaray»la oynaya bilər

2021.10.20, 07:36
«Traktur» «Qalatasaray»la oynaya bilər

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın (Təbrizin) Traxtur komandası Türkiyənin «Qalatasaray» komandasını hazırlıq oyunu üçün Təbrizə dəvət edib. «Qalatasaray»ın bu dəvətə 4 gün ərzində qəti cavab verəcəyi, qarşılaşma üçün isə 500 min dollar istədiyi bildirilir.

 

«Traxtur» komandasının direktoru Naser Şəfəq deyib ki, «Qalatasaray»la hazırlıq oyunu keçirmək istəyirlər. Bununla bağlı İstanbula nümayəndə göndəriblər. «Qalatasaray» rəhbərliyi ilə keçirilən danışıqlarda «Traxtur»-un oyunlarından ibarət video klipə baxılıb. Aprelin 23-də Təbrizdə keçirilməsi planlaşdırılan qarşılaşma üçün «Qalatasaray» rəhbərliyi 500 min dollar pul və 60 min dollarlıq çarter reysi əsas şərt kimi qoyub. Naser Şəfəq deyib ki, 4 gün ərzində «Qalatasaray» rəhbərliyi onlara qəti cavab deyəcək.

 

İran Super Liqasında 6-cı yerdə olan Azərbaycan komandası Traxtur İranda ən çox azarkeşi olan komanda kimi tanınır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar