SON XƏBƏRLƏR

Aclıq Aksiyasına başlayan milli-mədəni fəallar zindan rəisinə məktub ünvanlayıblar

2021.10.20, 07:36
Aclıq Aksiyasına başlayan milli-mədəni fəallar zindan rəisinə məktub ünvanlayıblar

Gunaz.tv

GünAzTv: Milli hüquqlar və demokratiya uğrunda fəaliyyətlərinə görə İran rejiminin qəzebinə tuş gəlmiş milli-mədəni fəallar cənab Behruz Əlizadə, Vədud Səadəti və Rəhim Qulami Ərdəbil zindanında Aclıq Aksiyasına başlayıblar. Onlar Ərdəbil zindanının rəisinə ünvanladıqları məktubda Aclıq Aksiyası və onun səbəblərini açıqlayıblar.

 

Məhktubda xülasə olaraq belə qeyd olunur:

 

Ərdəbil Mərkəzi zindanının hörmətli rəisi, Ərdəbil zindanının 7-ci bölümü (bəndi) ən ibtidai imkanlardan məhrumdur. Buranı bənd adlandırmaq mümkün deyil, bura bənddən daha çox karantinə oxşayır. 7-ci bənd siyasi və əqidə məhbuslarının ruhi-psixoloji işgəncəsi üçün bir vasitədir.

 

Pozulan hüquqlarımızın bir neçəsinə işarə edirik:

 

-Bizə telefon imkanı çox məhdud və damla kimi verilir.

-Bizim üçün mülaqat və görüşə icazə verilmir. Halbuki qatillər və cinayətkar məhbuslar üçün bu mümkündür.

-Saxlanma bölmələrinin müəyyən edilməsində əqidə, suç, şəxsiyyət və ... kimi faktorlar riayət olunmur. Bu isə qanuna ziddir.

-Ən adi məşqul edici vasitələrdən o cümlədən idman kimi imkanlardan məhrumuq.

- Zindan məsulları bizə qarşı dəvamlı hörmətsizlik edir.

-Vədud Səadətinin edama məhkum edilmiş məhbusun tərəfindən döyülüb, yaralanması və onun müalicəsi haqda olan etirazımıza baxılmır. Biz etirazımıza baxılmasını tələb edirik.

-Məzuniyyətdən (murəxəsi) məhrumuq.

 

vurqulayırıq ki, qeyd etdiyimiz təzyiqlər aradan qalxmayana qədər, vicdan və əqidə məhbuslarına xas olan hüquqlarımız bəpa olunmayana qədər Aclıq Aksiyasına dəvam edəcəyik.

 

Sonda adını çəkdiyimiz əqidə məhbusları məktubun altını imzalayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar