SON XƏBƏRLƏR

Ərdəbil zindanında saxlanılan milli-mədəni fəallar Aclıq Aksiyasına başlayıblar

2021.10.20, 07:36
Ərdəbil zindanında saxlanılan milli-mədəni fəallar Aclıq Aksiyasına başlayıblar

Gunaz.tv

GünAzTv: Hazırda məhbus həyatı yaşayan Güney Azərbaycanın tanınmış milli-mədəni fəalları cənab Behruz Əlizadə, Vədud Səadəti və Rəhim Qulami aprel ayının 1-dən (fərvərdinin 12-i) Ərdəbil zindanında Aclıq Aksiyasına başlayıblar.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar Aksiyaya başladıqlarının səbəbini bir məktubla zindan rəisinə bildiriblər.

 

Milli fəallar Novruz bayramından öncədə Aclıq Aksiyasına əl atmışdılar. Ancaq zindan rəisinin şəraiti düzəldəcəyi sözünə güvənib, həmçinin öz ailələrinin israrı ilə aksiyanı dayandırmışdılar. Sözü gedən aclıq aksiyası 4 gün dəvam etmişdi.

 

Xatırladaq ki, xəbər verdiyimiz kimi keçən günlərdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları zindana müraciət edərək Əlizadə, Səadəti və Qulami bəylərindən tövbə etmələrini istəmişdilər. ETTELAAT əməkdaşları söz vermişdilər ki əgər onlar tövbənamə imzalasalar, onda azad olunacaqlar. Ancaq milli fəallar bu təklifi qətiyyətlə rədd etmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar