SON XƏBƏRLƏR

Tanınmış yazar Vali Gözətənin 4 kitabı işıq üzü gördü

2021.10.20, 07:36
Tanınmış yazar Vali Gözətənin 4 kitabı işıq üzü gördü

Gunaz.tv
Güney Azərbaycanın tanınmış yazarlarından olan Vali Gözətənin son 20 ildə yazdığı 9 kitabı əhatə edən bir neçə kitabı işıq üzü görüb. Yazarın Kultaz.Com-a verdiyi xəbərə görə, kitablardan 2-si şeir, biri proza, digəri isə esselərdən ibarətdir. “İkilər” adlı şeir kitabı “Hə” ilə “Q.Q.Biçimlər” kitablarını, “Üçlər” adlı şeir kitabı “Yeni Dalğa Sonrası“ „AyAz“ „Son Döküm“ kitablarını, “Son Köçəri” adlı esselər kitabı “Qaraltılar Mahnısı” “Tunqac” “Dəlilik Üstü” kitablarını əhatə edir. Sonuncu kitabda isə “Mamac” romanı yer alır. Hazırda Almaniyanın Köln şəhərində yaşayan yazar martın 13-də Türkiyənin paytaxtı Anakarada kitabların tanıtımını keçirib. Azərbaycan Kültür Dərnəyində düzənlənən imza gününə Türkiyədən bir çox tanınmışlar, habelə azərbaycanlı tələbələr qatılıb. Bundan əvvəl isə Araz Elsəsin İstanbul konserti öncəsi də xeyli sayda kitab oxuculara təqdim olunub. Qeyd edək ki, hər 4 kitab Ankarada işıq üzü görüb. Kultaz.Com ————————– QEYD: Vali Gözətənin dörd kitabını satın almaq üçün: Bakıda Sirus bəy Azadi: Tel.: 0099 4503522370 Ankarada: KENTKİTAP ERSAN-ER, Yayıncılık Ltd. Şti. Ziya Gökalp Caddesi, Bayındır 2 Sokak 36/2 Kızılay-Ankara KENTKİTAP Tel. Nö.: 0090/ 312 4330814 İnternetdə: http://www.eren.com.tr/goster/kitap/kisi.asp?CAS=233758 http://www.kitapyurdu.com/yazar/default.asp?id=64410

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar