SON XƏBƏRLƏR

xristian dünyası bayram edir

2021.10.20, 07:36
xristian dünyası bayram edir

Gunaz.tv

GünAzTv: Bu gün dünya xristianları Pasxa bayramını qeyd edir. Bu gündən bütün dünyada olduğu kimi Azərbaycanın da xristian məbədlərində qələbəlikdir. Bu dəqiqələrdə pravoslavlar məbəd və kilsələrə toplaşıb, dini ayinlərin icrasına başlayacaqlar.

Prezident İlham Əliyev də Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, İsa Məsihin çarmıxa çəkildiyi xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir.

Dünən axşam saatlarında Bakıda yaşayan bütün pravoslav xristianlar paytaxtın 3 kilsəsində toplaşaraq bütün gecəni dini ayinlər icra ediblər. Dini ayinlərdə böyüklərlə yanaşı uşaqları da görmək olardı.

Mərasimdə iştirak edən pravoslav Anna Podçibyankena bayramla bağlı fikirlərini bölüşüb və bildirib ki, insan cismən öləndən sonra da həyat davam edir. "Budur İsa dünyaya gəlib. O, yaşayır", - deyə pravoslav xanım qeyd edib.

Nadejda Mixaylovna isə bildirib ki, Pasxa xristianlar üçün xüsusi bayramdır. "İsa Məsihin dünyaya gəlişi xüsusilə müqəddəs gündür. İnsanlar sevinirlər ki, Allah mövcuddur və o bizə həyatda yaxşı insan olmağı öyrədir", - deyə o əlavə edib.

Qeyd edək ki, bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir və onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırırlar. Xristianlar üçün Pasxa bayramının digər bir xüsusi əhəmiyyəti də mövcuddur. Belə ki, İsa Məsihin çarmıxdan azad olunması gününü provaslav və ya katolik olmasından asılı olmayaraq bütün xristianlar eyni gündə qeyd edirlər. Bu isə mömin xristianların gözündə Pasxanın müqəddəsliyini bir daha artırır.

Pravoslav xristianlarla yanaşı Azərbaycanda yaşayan katoliklər də dünən Pasxa bayramını qeyd ediblər. Vatikan kilsəsinin Qafqazdakı nümayəndəsi yepiskop Klaudio Qudjerotti kilsəyə toplaşan xristianları bayram münasibəti ilə təbrik edib və bütün dünyaya sülh arzulayıb. Bundan sonra müxtəlif dini ayinlər icra edən katoliklər səhər saatlarına qədər Allaha və bütün müqəddəslərə dua ediblər.

Qeyd edək ki, adətən katoliklər Pasxada tərkibində süd və yumurta olan yeməklər hazırlayırlar. Bakıdakı katoliklər bütün gecəni dini ayinlər icra etdikdən sonra, səhər saatlarında süfrə başına toplaşıblar. Maraqlıdır ki, Pasxa bayramının gəlişi ilə əlaqədar Azərbaycanda illərlə formalaşmış ənənələr var. Belə ki, xalq arasında illərlə yaranmış inanca görə, baharda hava Pasxadan sonra qızmağa başlayır. Məhz elə bu səbəbə görə təkcə xristianları yox, eləcə də bütün Azərbaycan vətəndaşlarını təbrik etsək yerinə düşər. ANS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar