SON XƏBƏRLƏR

Bu gün Traxturla Əbumüslüm qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün Traxturla Əbumüslüm qarşılaşacaq

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Milli Komandası bu gün yarış meydanına keçir.

İran Futbol Superliqasının 30-cu həftəsində Milli Komandamız Xorasanın Əbumüslüm komandası ilə qarşılaşacaq.

Müsabiqə Məşhəd şəhərinin Samin Stadiyomunda (stadion)  Bazar günü aprel ayının 4-də (fərvərdinin 15-i) Təbriz vaxtı ilə  saat 16.45-də başlanacaq.

Hazırda komanda üzvləri Məşhəddədir.

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Traxtur Klubu Xorasanlı Türkləri Milli Komandamızı təşviq etməkdə fəallığa çağırmışdı. Bizdə hər zamankı kimi komandamızın yüksək səviyyədə alqışlanacağına və Traxtur tərəfdarlarının aktiv olacağına ümid edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar