SON XƏBƏRLƏR

“Amerikanın səsi” Urmiyə gölü ətrafında Keçirlən etiraz aksiyasından yazıb

2021.10.20, 07:36
“Amerikanın səsi” Urmiyə gölü ətrafında Keçirlən etiraz aksiyasından yazıb

Gunaz.tv
Etiraz Aksiyası barədə xəbər, "Amerikanın səsi"-də belə dərc olub:  Aksiya iştirakçıları İranda azərbaycanlıların yaşadığı ərazidə yerləşən Urmiyə gölünün son illərdə İran tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsi ilə bağlı narazılıqlarını bildirib. Bu gün İranda Təbiət günü olaraq qeyd edilən Novruz ayının on üçündə, İran Azərbaycanlıları Urmiyə gölünün sahillərində və gölü birləşdirən körpüdə aksiya keçiriblər. Təbrizin tanınmış Traktor komandasının azərkeşlərinin  həftələrdən bəri hazırlaşdığı və  Dünya Azərbaycanlıları Konqresi  kimi  başqa təşkilatların da himayə etdiyi aksiya ilə İran Azərbaycanlıları qurumaqda davam edən  Urmiyyə  gölünün  vəziyyətinə İran hökumətinin və beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıyırdı. İrandan aldığımız son xəbərlərə görə minlərlə azərbaycanlı gölə su tökmək üçün simvolik  nümayişdə iştirak məqsədilə yüzlərlə maşınla Urmiyə gölünün şərq və qərb sahillərinə gəliblər. Aksiyanın mərkəzi olaraq bilinən və gölün iki sahilini  birləşdirən körpüdə isə nümayişçilərlə İranın təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdiyi  və polisin körpünü boşaltdığı bildirilir. Azərbaycan redaksiyasının İrandan aldığı son məlumatlara görə, polislə nümayişçilər arasında baş verən toqquşma nəticəsində azı 18 adam  saxlanıb.  Körpünün  boşaldılmasından sonra isə azərbaycanlıların aksiyalarına gölün sahillərində davam etdikləri bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar