SON XƏBƏRLƏR

Trend: İranda Urmiya gölünün yaxınlığında etiraz edən 100-ə yaxın azərbaycanlı həbs edilib

2021.10.20, 07:36
Trend: İranda Urmiya gölünün yaxınlığında etiraz edən 100-ə yaxın azərbaycanlı həbs edilib

Gunaz.tv

GünAzTv: İranın təhlükəsizlik qüvvələri Aprelin 2-də Urmiya gölünün yaxınlığında körpünün üzərinə toplaşmış və gölün suyunun qurudulmasına etiraz edən azərbaycanlı fəallardan 100-ə yaxınını həbs edib. Bu barədə şənbə günü Trend İranın müxalifət saytı olan "kaleme.com"-a istinadən məlumat yayıb.

Məlumata əsasən, təhlükəsizlik qüvvələri Urmiya gölünə gedən yolların 50 kilometrliyində axtarış-nəzarət məntəqələri yaradaraq, həmin körpüdə etiraz aksiyasına qoşulmaq istəyən şəxsləri gölə tərəf getməyə qoymayıblar.

Məlumatda bildirlir ki, körpünün üzərinə toplaşmış şəxsləri dağıtmaq məqsədi ilə təhlükəsizlik qüvvələri gözyaşardıcı qazlardan istifadə edib. Aksiya iştirakçıları özləri ilə su ilə dolu şüşə qablar gətirirək gölə töküblər. Aksiya iştirakçıları üzərində "Türk dilində məktəb", "Yaşasın Azərbaycan" yazılmış şüarlar daşıyıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar