SON XƏBƏRLƏR

Dəvəçi rayonunun adı dəyişdirilib

2021.10.20, 07:36
Dəvəçi rayonunun adı dəyişdirilib

Gunaz.tv

GünAzTv: Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdirilib. Bundan sonra şəhər Şabran adlanacaq.

 

Bu barədə məsələ Milli Məclisin dünənki iclasında müzakirə olunub. Sənəd haqqında parlamentin Regional komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Onun sözlərinə görə, Dəvəçi rayonunun adının dəyişdirilməsi həm Milli Məclisin komitəsində, həm də yerli səviyyədə ətraflı müzakirə olunub. A. Rəhimzadə Şabranın Azərbaycanın qədim şəhərlərindən olduğunu, onun yaranma tarixinin V əsrə gedib çıxdığını deyib. Onun sözlərinə görə, Şabran şəhəri müxtəlif vaxtlarda Sabiran, Şəbiran və digər formalarda adlandırılıb.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib. O da qərara alınıb ki, Dəvəçinin də adı saxlansın və rayon mərkəzində müəyyən bir ərazi Dəvəçi adlansın. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar