SON XƏBƏRLƏR

Amerika-Türkiyə Şurasının sədri: Prezident Obama “soyqırım” ifadəsi işlətməyəcək

2021.10.20, 07:36
Amerika-Türkiyə Şurasının sədri: Prezident Obama “soyqırım” ifadəsi işlətməyəcək

Gunaz.tv
GünAzTv: Barak Obamanın istədiyi ən son şeylərdən biri Türkiyə ilə böhranın yaranmasıdır. Amerika-Türkiyə Şurasının sədri Linkol Makkkurd ABŞ prezidenti Barak Obamanın aprelin 24-də "soyqırımı" ifadəsindən istifadə etməyəcəyini düşünür. GünAzTv mətbuat mərkəzinin "Anspress"-ə istinadən yaydığı məlumata görə, o, türkiyəli jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, 1915-ci il hadisələrini "soyqırımı" kimi dəyərləndirmək Barak Obamanın maraqlarına uyğun deyil: "Onun ən son istədiyi şeylərdən biri Türkiyə ilə böhranın yaranmasıdır. Həm siyasi, həm də iqtisadi səbəblərdən Barak Obamanın "soyqırımı" deyəcəyinə inanmıram". Linkol Makkurdinin fikrincə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də qanun layihəsinin səsverməyə çıxarılması məsələsində Türkiyənin "lehinə" qərar verəcək: "Əgər qanun layihəsi Nümayəndələr Palatasına gəlsə, onun səs toplama ehtimalı çox azdır". Qeyd edək ki, Birləşmiş Ştatların 49-cı prezidenti Ronald Reyqan 22 aprel 1981-ci ildə "soyqırımı" ifadəsini işlədib və bu günədək 1915-ci il hadisələrini soyqırımı hesab edən yeganə Ağ ev rəhbəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar