SON XƏBƏRLƏR

Daha bir xarici şirkət İran neftindən imtina edib

2021.10.20, 07:36
Daha bir xarici şirkət İran neftindən imtina edib

Gunaz.tv

GünAzTv: Hindistanın ən böyük neftayırma şirkəti - "Reliance" İrandan neft idxalını dayandırıb. GünAzTv mətbuat mərkəzinin "Media forum"-a istinadən yaydığı məlumata görə,  "Reliance" rəsmiləri şirkətin 2010-cu ildə İrandan neft idxal etmədiyini və bu ölkə ilə bağlanan müqavilənin müddətini uzatmayacaqlarını bildiriblər. Onlar məsələnin mahiyyəti və səbəbi barədə açıqlama verməyiblər.

İran Neft Şirkətinin adının çəkilməsini istəməyən rəsmisi isə jurnalistlərə söhbətində Hindistan şirkətinin İran neftinin idxalını dayandırmasının ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar olub-olmadığı sualdan yayınıb, bunun neftin qiyməti ilə əlaqədar olduğunu güman etdiyini vurğulayıb.

"Reliance" şirkətinin ötən il İrandan hər gün 100 min barel həcmində neft idxal etdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar