SON XƏBƏRLƏR

Beynəlxalq Təşkilat İrandan həbsdə saxlanılan jurnalistlərin buraxılmasını istəyib

2021.10.20, 07:36
Beynəlxalq Təşkilat İrandan həbsdə saxlanılan jurnalistlərin buraxılmasını istəyib

Gunaz.tv
GünAzTv: "Sərhədsiz reportyorlar" beynəlxalq jurnalist təşkilatı bəyanat yayaraq İran hökumətindən həbsdəki jurnalistləri azadlığa buraxmağı tələb edib. GünAzTv mətbuat mərkəzinin "Media forum"-a istinadən yaydığı məlumata görə,  bəyanatda 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyalarından sonra tutulan jurnalistlərin taleyi sarıdan narahatlıq ifadə olunur: "Qanunsuz və özbaşına həbslərdən sonra aylardır təkadamlıq kameralarda müxtəlif psixoloji təzyiqlər altında saxlanan jurnalistlərin səhhəti ciddi təhlükə ilə üz-üzə qalıb. Məhbus jurnalistlərdən İmaməddin Baqi, Bədrülsadat Mofidi, Mehdi Mahmudiyan və Məhəmməd Sədiq Kəbudvəndin təcili müalicəyə ehtiyacı var". Məlumatda digər tanınmış jurnalist İsa Səhərxizin də müxtəlif təzyiqlərə məruz qaldığı, bir neçə xəstəlikdən əziyyət çəkdiyi vurğulanır. Məhbus jurnalistlərin Tehranın Evin zindanının 209-cu korpusunda saxlandığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar