SON XƏBƏRLƏR

Türkiyə səfiri Namiq Tan Vaşinqtona qayıdır

2021.10.20, 07:36
Türkiyə səfiri Namiq Tan Vaşinqtona qayıdır

Gunaz.tv

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan bəyan edib ki, ölkəsinin səfiri gələn həftə Vaşinqtona qayıdacaq.

Amerika Konqres komitəsində erməni qətllərini soyqırım kimi tanıyan qətnaməyə səsvermədən sonra, Türkiyə etiraz olaraq öz səfiri Namiq Tanı geri çağırmışdı.

"Mən səfiri gələn həftə ABŞ-a göndərəcəm", deyərək cənab Erdoğan Vaşinqtonla mübahisəyə son qoymaq istiqamətində "müsbət addımıarı" qeyd edib.

Baş nazir eləcədə aprelin 12-13-də Amerikada keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakını təsdiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar